45 yaşında ilk dəfə ana olan amerikalı aktrisa Kemeron Diazın övladını özü dünyaya gətirmədiyi iddia olunub.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, bu barədə Diaza yaxın mənbələrdən biri açıqlamasında deyib:
"Son aylar Diaz bacardığı qədər cəmiyyətdə görünməməyə çalışırdı və onu indiyə qədər heç kim hamilə vəziyyətində görməyib. Onun övladını surroqat ana dünyaya gətirib”.
Bu günlərdə isə aktrisanın sosial şəbəkələrdə həyat yoldaşı Benji Medden ilə birlikdə noyabr ayında çəkilən fotosu yayılıb. Həmin ayda Diaz 7 aylıq hamilə olmalı və qarın şişkinliyi gözə çarpacaq dərəcədə bilinməli idi.
Yayılan bu fotodan sonra mənbənin verdiyi açıqlamanın həqiqəti əks etdirdiyi deyilir.
Qeyd edək ki, aktrisa bir neçə gün əvvəl sosial şəbəkədə Rediks adlı qızını dünyaya gətirdiyi bildirmişdi