Türkiyədə yaşayan 27 yaşlı şəxs davranışı ilə hər kəsi təəccübləndirib.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, o, 20 min lirə uduş düşən biletini yandırıb. Maddi cəhətdən çətinlikləri olan türkiyəli bildirib ki, biletə düşən uduş haramdır. Bu üzdən o puldan imtina edib.
1 uşaq atası olan şəxs bildirib ki, əslində o bilet almaq niyyətində olmayıb. Lakin yeni il günü mağazadakı satıcı ondan israrla bilet almasını istəyib. Türkiyəli, satıcının sözünü yerə salmamaq üçün bileti alıb