Qadin.NET / Baş nazirdən maraqlı təklif: İş həftəsi 4 gün, 6 saat olsun

Baş nazirdən maraqlı təklif: İş həftəsi 4 gün, 6 saat olsun

Baş nazirdən maraqlı təklif: İş həftəsi 4 gün, 6 saat olsun


Ötən ay Finlandiyada baş nazir seçilərək dünyanın ən gənc baş naziri olan Sanna Marin maraqlı təkliflə gündəmə gəlib. 

O, ölkəsində 4 günlük və 6 saatlıq iş həftəsi ilə bağlı təkliflər planı hazırlayıb.  

Yerli mətbuatın məlumatına görə, 34 yaşlı Sanna Marinin fikrincə, bu, insanların öz yaxınları ilə daha çox vaxt keçirmələrinə imkan verəcək:

“Hesab edirəm ki, insanlar öz ailələri ilə daha çox vaxt keçirməyə, sevimli məşğuliyyətlərinə və mədəniyyət kimi həyatın digər aspektlərinə daha çox vaxt ayırmağa layiqdirlər”. 

Qeyd edək ki, Sanna Marin bu postda üç dekabrda istefa vermiş Anti Rinneni əvəz edib. 

Sanna Marin Finlandiya tarixində sözügedən vəzifəsini tutmuş üçüncü qadındır.

7 yanvar 2020
GO BACK