Türkiyəli aktrisa Serenay Sarıkaya həmkarı Ezgi Mola ilə görüntülənib.
Qadin.Net axşam.az -a istinadən xəbər verir ki, ad gününə yollanan aktrisa maqazin müxbirlərinə müsahibəsi zamanı 2019-cu ilin onun üçün düşərli olduğunu bildirib:
“Ötən il istədiyim bir çox şeyləri gerçəkləşdirə bildim. 2020-ci ildə hər şeyin daha yaxşı olacağına inanıram. Cüt rəqəmləri sevirəm. Yeni ildə sağlamlıq arzulayıram. Sonda isə eşq diləyirəm”.
“O ses Tükiyə”nin Yeni il buraxılışda iştirak edən S.Sarıkaya sinql çıxaracaqsınız sualına isə belə cavab verib:
"Hazırda peşəkar olaraq müğənnilik etməyi düşünmürəm. Elə bir düşüncəm yoxdu. Gələcəkdə nə olacağını isə həyat göstərəcək”.