Qadin.NET / NASA-dan dünyanı qorxudan AÇIQLAMA

NASA-dan dünyanı qorxudan AÇIQLAMA

NASA-dan dünyanı qorxudan AÇIQLAMA


ABŞ-ın Milli Aeronavtika və Kosmos İdarəsinin (NASA) yaydığı bir açıqlama dünya mediasının gündəmində bomba effekti yaradıb.

Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, NASA fərqli planetləri təsbit etmək üçün hazırlanan süni peyklə (“sənəd portfeli”) əlaqənin kəsildiyini açıqlayıb.

NASA-nın “Jet Propulsion” laboratoriyası tərəfindən yayılan açıqlamada 2017-ci ildə Yer Kürəsinin ətrafına göndərilən peyklə dekabrın 5-dən əlaqə yaratmağın mümkün olmadığı bildirilib.

Xüsusi bir texnika ilə “planet ovu”na çıxan “Asteria” adlı peykin bir sənəd portfeli ölçüsündə olduğu qeyd edilib. Lakin əlaqənin hansı səbəbdən kəsildiyi açıqlanmayıb.

Olay dünya mediasında Yer Kürəsi üçün təhlükənin yaranması, NASA-nın bunu dünya ictimaiyyətdən gizlətməsi iddiasının yayılmasına yol açıb

6 yanvar 2020
GO BACK