Qadin.NET / Qızı aparıcını çətin vəziyyətə saldı - VİDEO

Qızı aparıcını çətin vəziyyətə saldı - VİDEO

Qızı aparıcını çətin vəziyyətə saldı - VİDEO


Rusiyada xəbər aparıcısı canlı efirdə çətin anlar yaşayıb.

Qadin.Net qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə "Taqil-TV" telekanalının xəbər buraxılışlarının birində baş verib.

Belə ki, efirdə mətn oxuyan aparıcıya qəfl azyaşlı qızı yaxınlaşıb. Əlində anasının telefonunu tutan uşaq ona "Ana, sənə sms gəlib" deyib. Gülüşə qərq olan aparıcı qızından studiyanı tərk etməyini xahiş edib və xəbər mətnini oxumağa davam edib.

Ana-balanın bu görüntüsü qısa vaxt ərzində sosial şəbəkələrdə populyarlaşıb və minlərlə baxış sayı toplayıb.

5 yanvar 2020
GO BACK