Qadin.NET / Səhv diaqnoza görə sinəsindən oldu-FOTO

Səhv diaqnoza görə sinəsindən oldu-FOTO

Səhv diaqnoza görə sinəsindən oldu-FOTO


28 yaşlı qadın həkim səriştəsizliyinin qurbanı olub.

 Qadin.Net oxu.az-a istinadla xəbər verir ki, hazırda 28 yaşında olan Sarah Boyle adlı qadına 25 yaşındaykən döş xərçəngi diaqnozu qoyulub.

Həkimlər İngiltərənin Staffordşir qraflığında yaşayan Saraya 2016-cı ilin iyun ayında xərçəng xəstəliyinə tutulduğunu söyləyib, təcili əməliyyat olunmağını bildiriblər.

Həmin ildə bıçaq altına yataraq hər iki sinəsi amputasiya edilən qadın bir müddət əvvəl öyrənib ki, o, ümumiyyətlə, sinə xərçənginə tutulmayıb.

2 övladı olan qadın mətbuata açıqlama verərək digər qadınları diqqətli olmağa, düzgün xəstəxana və həkim seçməyə səsləyib.

Qeyd edək ki, qadına yanlış diaqnoz qoyan həkim barəsində cinayət işi açılıb, araşdırma aparılır.

Səhv diaqnoza görə sinəsindən oldu-FOTO

Səhv diaqnoza görə sinəsindən oldu-FOTO

Səhv diaqnoza görə sinəsindən oldu-FOTO


4 yanvar 2020
GO BACK