"Artıq evliliyə qapılarımı bağladım, bir daha evlənməyəcəm".
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, bunu 2020-ci ili Şimali Kiprdə qarşılayan müğənni Seda Sayan geri qayıdarkən İstanbul hava limanında jurnalistlərin suallarını cavablandırarkən deyib. İfaçı fikrinə aydınlıq da gətirib:
"Çünki Oğulcan var. Onu evləndirmək istəyirəm. Özü də evlənmək istəyir. Amma doğru xanımı axtarır".
"Heç estetik əməliyyat etdirdinizmi?" sualına isə Seda sərt reaksiya verib:
“Bütün günü efirlərdəyəm. Estetik əməliyyatı nə vaxt etdirmişəm? Təbii ki, hər bir xanım kimi vaxt tələb etməyən proseslərə müraciət edirəm. Amma estetik əməliyyatlar etdirməmişəm”.
Qeyd edək ki, Seda Sayan indiyə kimi altı dəfə evli olub və boşanıb