Son günlər hər kəsin maraqla izlədiyi “Atiye” serialının qəhrəmanları yenidən hər kəsin diqqət mərkəzindədir.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, serialda rol alan məşhur aktyor Mehmet Günsürün mediadan uzaq tutduğu şəxsi həyatı, ailəsi haqda xəbərlər yayılıb.
Belə ki, bir çox bahalı serial və fimlərdə çəkilən Günsürün xanımının italiyalı rejissor olduğu ortaya çıxıb
Günsür bildirib ki, “Atiye”nin çəkilişi ilə bağlı Türkiyəyə tez-tez gəlsə də, xanımı Katerina Monqio və 3 uşağı ilə birlikdəİtaliyada yaşayırlar.
Aktyor etiraf edir ki, xanımı ilə bir filmin çəkilişində tanış olublar. O, gördüyü ilk 30 saniyə ərzində Katerinaya vurulub.
Xatırladaq ki, cütlük 12 ildir ailə qurub.