Qadin.NET / Barak Obama Yeni ili Havay adalarında qeyd etdi-FOTO

Barak Obama Yeni ili Havay adalarında qeyd etdi-FOTO

Barak Obama Yeni ili Havay adalarında qeyd etdi-FOTO


ABŞ-ın keçmiş prezidenti yeni il tətilini səmərəli və eyni zamanda daha əyləncəli keçirtmək üçün Havay adalarına gəlib.

 Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, son günlər sərt çıxışları və təəccüb doğuran hərəkətləri ilə qalmaqallar burulğanına düşən Trampdan fərqli olaraq, Obama sakit və sadə həyat tərzi ilə diqqətləri üzərinə toplayıb.

Barak yeni ilini Havayda keçirir, burada yerli çimərliklərdə dincəlir və yüksək peşəkarlıqla su idmanı ilə məşğul olur. 58 yaşında olmağına rəğmən, ABŞ-ın keçmiş prezidenti sağlam həyat tərzi və fit vücudu ilə görənləri təəccübləndirib

Qeyd edək ki, Barak Obama səkkiz il ABŞ-ın prezidenti olub. Dövlət başçısı vəzifəsindən gedərək uzun tətilə çıxıb. Bu ərəfələr isə Barak ilə onun xanımı Mişel Obamanın başı kitab yazmağa qarışıb. Həmçinin, onlar “Netflix”lə film və televiziya şouları hazırlamaq üçün müqavilələrə imza atıblar.

Barak Obama Yeni ili Havay adalarında qeyd etdi-FOTO

Barak Obama Yeni ili Havay adalarında qeyd etdi-FOTO

Barak Obama Yeni ili Havay adalarında qeyd etdi-FOTO


4 yanvar 2020
GO BACK