Türkiyəli model Ebru Şallının həyat yoldaşı Uğur Akkuşu keçmiş həyat yoldaşı məhkəməyə verib.
Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, buna səbəb Uğur Akkuşun həyat yoldaşından ayrıldıqdan sonra boşanma protokoluna zidd hərəkət etməsi olub.
Belə ki, Uğur Akkuşun mətbuat nümayəndələrinin “Ailənizi Ebru Şallı dağıtdı” sualına “Ailə yox idi, 2014-cü ildə ayrılmışıq. Psixoloji problemləri olan həyat yoldaşım müalicə olunurdu və güclü dərmanlar qəbul edirdi. Ona dəstək oldum, amma bacarmadım. Sonra ayrıldıq” cavabı 100 min dollarlıq təzminat davasına səbəb olub