Şimali Kiprdə konsert proqramı ilə çıxış edən məşhur türkiyəli müğənni Sibel Can gözlənilməz hadisə ilə üzləşib
Qadin.Net oxu.az-a istinadən xəbər verir ki, müğənni yıxılıb.
Qonaqlarla salamlaşmaq üçün onlara yaxınlaşan müğənninin ayağı büdrəyib və o, müvazinətini itirib. Anidən yıxılan müğənninin köməyinə təhlükəsizlik xidmətinin əməkdaşları və pərəstişkarları yetişib
Qısa zamanda özünə gələn müğənni yenidən oxumağa davam edib.