Qadin.NET / Kişinin qanı süd kimi ağardı-SƏBƏB

Kişinin qanı süd kimi ağardı-SƏBƏB

Kişinin qanı süd kimi ağardı-SƏBƏB


39 yaşlı kişi təcili yardıma ürəkbulanma, qusma, baş ağrısı, huşun itməsi əlamətləri ilə çatdırılır. Xəstə piylənmə və diabetdən əziyyət çəkirdi. Artıq xəstəxanada komaya düşən xəstəni süni tənəffüs aparatına qoşurlar.

Kişidən qan analizi götürdükdə isə onun qanının qırmızı yox, süd kimi ağ və qatı olması həkimləri təəccübləndirir.
Qadin.Net medicina.az-a istinadən bildirir ki, buna səbəb qanda həddən çox yağ, piy qalıqlarının olması idi.

Analizlər qanda triqliseridlərin normadan dəfələrlə yüksək olması üzə çıxdı. Belə ki, 500 mq- dl göstərici normanın aşılması hesab edilirsə də, bu pasiyentdə göstərici 14.000 idi.

Elə bu səbəbdən xəstədə kəskin pankreatit, diabetik ketoasidoz baş verib.

Triqliseridlərin belə yüksək həddində adətən plazmafarez metodu tətbiq edilir, lakin 2 cəhd uğursuz alındı, çünki yağlar aparatı tuturdu.

Sonda həkimlər 1000 ilin təcrübəsini sınadılar, qan çıxarma və donor qan vurulması. Kişidən 1 litr yarım öz qanını çəkib, yerinə donor qanı köçürdülər. Nəticədə triqliseridlərin dərəcəsi az da olsa endi. 2 gün sonra kişini plazmafarez edə bildilər. 5 gün sonra o özünə gəlib, sərbəst nəfəs almağa başladı.

2 yanvar 2020
GO BACK