Qadin.NET / Xalq artistindən qəti etiraz-VİDEO

Xalq artistindən qəti etiraz-VİDEO

Xalq artistindən qəti etiraz-VİDEO


Hazırda Türkiyədə yaşayan Xalq artisti Azərin məşhur aparıcı Okan Bayülgenin "Muhabbet Kralı" verilişində qonaq olub.

Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, proqramda Bayülgenin "Azəri türkcəsi" deməsi Xalq artistini qəzəbləndirib və o aparıcının sözlərinə düzəliş edib:

"Azəri deməyin, Azərbaycan türkcəsi deyin. Bu siyasi bir şəcərədir. Başqa sözlə, siyasi qüvvələrin bizi idarə və bölmək üçün istifadə etdiyi bir üsuldur. Bir ağacın budaqlarını düşünün: Qazax, qırğız, özbək, azərbaycan və türkmən. Hindlilərin də dilində bir çox türk sözləri var. Dünya siyasəti bizi biri-birimizdən ayırdığı üçün coğrafiyamızın adını daşıyırdıq. Azərbaycan xalqı azərbaycanlıdır, amma azəri sözü ilə heç bir əlaqəmiz yoxdur. Biz türkük, dilimiz də türk dilidir".

Qeyd edək ki, verilişdə yaşanan bu hadisə Türkiyənin bir çox media orqanlarında işıqlandırılıb

2 yanvar 2020
GO BACK