Qadin.NET / Şərab bilib içdi, üç ildən sonra dəhşətə gəldi-VİDEO

Şərab bilib içdi, üç ildən sonra dəhşətə gəldi-VİDEO

Şərab bilib içdi, üç ildən sonra dəhşətə gəldi-VİDEO


Britaniyada məşhur proqramda maraqlı hadisə yaşanıb. Belə ki, "Antique Roadshow" şousunun üzvü  Endi Makkonel proqram çərçivəsində şərab əvəzinə səhvən sidik içib. Bu barədə "Daily Mail" xəbər yayıb.

Bildirilir ki, hadisə 2016-cı ildə baş versə də həqiqət bu yaxınlarda ortaya çıxıb.

2016-cı ildə, Makkonel, layihəyə dəvət olunan bir mütəxəssis olaraq, Britaniyanın Kornuall əyalətinin sakinlərindən birinin həyətində basdırılan şüşə butulkanın içərisindəki mayenin dadına baxıb. Həmin vaxt o, tərkibin portveyn  (Portuqaliyada şərab növü) və ya qırmızı şərab olduğunu hesab edib.

Üç il sonra, elm adamları şüşənin tərkibini araşdırıblar və məlub oldu ki, onun içində sidik, mis sancaqlar, az miqdarda spirt, kiçik xərçəng və insan tükləri var. Bundan əlavə, qabdakı maddələrin təxminən 179 yaşı olduğu qənaətinə gəlinib.

Şounun aparıcısı şüşənin həmin dövrdə "pis ruhlar"dan qorunmaq üçün bir vasitə ola biləcəyi, bu səbəbdən həyətdə basdırıla biləcəyini deyib.

Həqiqət ortaya çıxdıqdan sonra şounun aparıcısı Makkoneldən sözügedən tərkibi daddığı üçün peşman olub-olmadığını soruşub. O isə cavabında "Bu fürsəti qaçırmaq olmazdı", - deyib.

"Antique Roadshow", əntiq mütəxəssislərinin müxtəlif bölgələrə səyahət etdikləri və yerli sakinlərin satın aldıqları şeyləri qiymətləndirdiyi televiziya şousudur.

2 yanvar 2020
GO BACK