Qadin.NET / Şeroun Stounun səhifəsi bloklandı-SƏBƏB

Şeroun Stounun səhifəsi bloklandı-SƏBƏB

Şeroun Stounun səhifəsi bloklandı-SƏBƏB


Ötən ilin sonlarına yaxın 50 yaşlı italiyalı jurnalist sevgilisi Enço Kursio ilə yollarını ayıran Hollivud ulduzu Şeron Stoun, ümidini itirmədən yeni münasibət üçün axtarışa çıxıb. 

Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, 61 yaşlı ulduz bunun üçün məşhur tanışlıq sosial şəbəkəsi olan “Bumble”da özünə hesab da açıb. Lakin çox keçmədən şəbəkənin idarəçiləri Şeronun səhifəsini bağlayıblar.

Ulduzun həmin hesabı işlətdiyinə inanmayan istifadəçilər səhifəni şikayət ediblər.

Aktrisa İnstaqram hesabında bloknlanmış profilinin şəkilini paylaşaraq, sosial şəbəkənin rəhbərliyinə müraciət edib:

“Bumble tanışlıq saytında qeydiyyatdan keçdim və hesabımı bağladılar. Bəzi istifadəçilər sadəcə bunun mən olduğuma inanmırdılar! Xahiş edirəm səhifəmi geri qaytarın”

Şeroun Stounun səhifəsi bloklandı-SƏBƏB


1 yanvar 2020
GO BACK