Səhiyyə Nazirliyi yeni ilin ilk doğulan körpəsi ilə bağlı məlumat yayıb.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, 2020-ci ildə Elektron Səhiyyə sistemində ilk doğulan körpə kimi qeydiyyata düşən uşaq, 4 nömrəli doğum evində qeydə alınıb.
Saat 00:48-də Ucar rayon Qazıqumlaq kənd sakini Qarayeva Rəşidə qız uşağı dünyaya gətirib. Körpənin çəkisi 2,7 kq, boyu 50 sm-dir.