2019-cu Donuz ilini geridə qoyduq. 2020-ci il isə Siçan ilidir. Bu ili necə qarşılamaq lazımdır?
Qadin.Net axşam.az -a istinadən Siçan ilini uğurlu keçirmək üçün bəzi məqamları təqdim edir. Bayram gecəsi nə geyinməli və nələrə diqqət olunmalıdır?
Siçan ilini xanımlar donda qarşılamalıdırlar. Çünki siçan daha çox paltar sevir. Daha çox gümüşü, boz, ağ rənglərdən istifadə etməyə çalışın. Eyni zamanda torpaq rəngi, yaşıl da siçanın xoşuna gələcək.
Əgər 2020-ci ildə bol gəlir istəyirsinizsə, bej və açıq boz rəngdən istifadə edin. Əgər Yeni ildəns evgi istəyirsinizsə, gümüşü sizə məsləhətdir. Güclü olmaq üçün isə qara rəngdən istifadə edə bilərsiniz.
Bayram süfrəsi necə olmalıdır?
Sıçan ac olmağı sevmir. Ona görə də süfrəniz zəngin olmalıdır. Süfrədə fərqli yeməklər, meyvələr olmalıdır. Balıq, toyuq, ətdən istifadə edin. Yeməklərdə qoz-fındıq olmalıdır. Süfrəyə şokolad qoyun. Masaya rəngli süfrə sərin və bəzəkli boşqablardan istifadə edin.
Nə etmək olmaz?
Gecəni təmizlik, qab yumaqla keçirmək
Masa arxasında dalaşmaq, mübahisə etmək
Az sayda yemək düzmək
Artıq qidaları tullamaq
Bayramı tək keçirtmək
Bikef olmaq, pis şeylər düşünmək