Türkiyəli aktyor Kıvanç Tatlıtuğ TRT-də ekrana gəlməsi planlaşdırılan "Ya istiklal ya ölüm" adlı serialda Mustafa Kamal Atatürkü canlandıracağı iddia edilmişdi.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı açıqlama verən aktyor təklifin gəlməsini təsdiqləyib:
"Bəli, belə bir təklif gəlib. Atatürk çox oynamaq istədiyim obrazlardan biridir. Ona görə də iftixarla bu obrazı canlandırmağa hazır idim. Lakin daha öncədən müqavilə bağladığım layihə olduğu üçün müsbət cavab verə bilmədim".
Qeyd edək ki, serial 8 bölümdən ibarət olacaq. Lakin Atatürkü kimin canlandıracağı bəlli deyil.