Hollivud ulduzu Tom Hanks Yunanıstan vətəndaşı olur.
Qadin.Net qafqazinfo-ya istinadən xəbər verir ki, Amerikanın 63 yaşlı kino ulduzu əslən yunan olan atası və onun xanımı Rita Wilsonun köməkliyi ilə belə addım atıb.
Hanks artıq Yunanıstan Prezidenti Prokopis Pavlopoulosa müraciət edib. Ölkə lideri aktyorla bağlı rəsmi sənədləri də imzalayıb. Tomun vətəndaşlıq almağı üçün bir il ərzində Yunanıstan Xarici İşlər Nazirliyində and içməsi lazımdır.