Qarşıdan siçan ili gəlir. Araşdırmalar siçanın bəzi xüsusiyyətləri sevmədiyini göstərib. Bu səbəbdən Qadin.Net axşam.az-a istinadən sizə 2020-ci ildə vaz keçməli olduğunuz 6 mənfi xüsusiyyyətləri sadalayır:
1. Neqativ düşüncələrdən vaz keçin. Səhv etmiş ola bilərsiniz, fikrinizi düzgün çatdırmaya bilərsiniz, istədiyiniz kimi görünməyə bilərsiniz, amma yenə də özünüzü qınamayın. Özünüzü sevin və hədəfə çatmağa çalışın.
2. Keçmişi keçmişdə buraxın. Keçmiş dəyişə biləcəyimiz bir şey deyil və buna görə geridə qalmamalıyıq. Keçmişdən sadəcə dərs çıxarmağı bacarın. Keçmişə qayıtmaq işləri daha da pisləşdirə bilər.
3. Başqalarını sevindirməyə çalışın. Özünüzü və ətrafdakıları məmnun etməkdən qorxmayın. Günün sonunda həqiqətən çox şey etmiş olduğunuzu görəcəksiniz.
4. Əsəblərinizi korlamayın. Münasibətlər mürəkkəbdir. İstədiklərinizi etmək üçün özünüzü buna məcbur etmək lazım deyil. Şansınıza çıxan hər nə varsa, onun üzərində işləyin və onu özünüzküləşdirin.
5. Mükəmməl olmağa çalışmayın. Bu planetdə heç kim mükəmməl deyil. Başqasının çatışmazlığını siz tamamlayarsınız, sizdəki çatışmazlığı da başqası.
6. Hisslərinizi gizlətməyin. Biz insanıq və hamımızın hiss etmək hüququmuz var. Gizlədilmiş hisslər sizi çətinə sala bilər.