Aktrisa Burcu Biricik və həyat yoldaşı Emre Yetkin tətildə ac qalıblar.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, Vyetnama istirahətə yollanan cütlük yeməyə heç nə tapmayıb. Sosial media hesabından foto paylaşan aktrisa oradakı yeməklərin ağız dadlarına uyğun olmadığını qeyd edib və şəklin altına “Acıq” sözlərini yazıb.
Qeyd edək ki, cütlük ötən il Tayland, Yaponiya, Malayziya və Afrika kimi ölkələrə gedib və bu kimi halla orada da rastlaşıblar