Bu il Azərbaycanda müəllimlərin maaşı 20 faiz artırılıb.
Qadin.Net Trend -ə istinadən xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin illik hesabatında bildirilib.
Prezident İlham Əliyevin sərəncamına əsasən, müəllimlərin aylıq vəzifə maaşı bu il sentyabrın 1-dən orta hesabla daha 20 faiz artırılıb və orta aylıq əməkhaqqı 600 manata çatıb.
Bu artımlardan sonra aylıq əməkhaqqı 1000 manatdan çox olan müəllimlərin sayı, təxminən, 5 min nəfər təşkil edib.