Qadin.NET / Uşağın cinsiyyətini öyrənmək istəyən cütlük ŞOK YAŞADI

Uşağın cinsiyyətini öyrənmək istəyən cütlük ŞOK YAŞADI

 

Uşağın cinsiyyətini öyrənmək istəyən cütlük ŞOK YAŞADI



 

Şotlandiyada yaşayan cütlük doğulmamış uşaqlarının cinsiyyətini öyrənmək üçün həkim müayinəsinə gediblər. Lakin uşaqlarının əl hərəkətini görən valideynlər şok olublar.

Qadin.Net ölkə.az -a istinadən xəbər verir ki, Şotlandiyanın Qlazqo şəhərində yaşayan Tom Dovie və Kaitlin Vels cütlüyü uşaqlarının cinsiyyətini öyrənmək üçün xəstəxanaya gediblər. 19 həftəlik hamilə olan Kaitlin müayinə olunarkən uşağın atası kamera ilə çəkiliş edib. Uşağın ekrandan görünən əl hərəkətləri həkimi və valideynləri təəccübləndirib. Buna səbəb isə uşağın barmaqlarını rok musiqiçilərinə məxsus əl işarəsini göstərməsi olub. Maraqlısı odur ki, uşağın atası Tom rok musiqisinin pərəstişkarıdır. Həkim daha əvvəl belə bir hadisə ilə qarşılaşmadığını etiraf edib.

Cütlük həmin fotonu sosial mediya hesabında yayımlayıb. Lakin uşaqlarının cinsiyyətini açıqlamayıblar.

 

Uşağın cinsiyyətini öyrənmək istəyən cütlük ŞOK YAŞADI



 

29 dekabr 2019
GO BACK