Acun Ilıcalı “Zuhal Topal'la süfrədə” verilişinin dayandırılması üçün Fox TV və Dual Film İstehsalat Şirkətini məhkəməyə verib.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, Acun adıçəkilən proqramın TV8-də yayımlanan “Yeməkdəyik” verilişinin formatından oğurlandığını iddia edir. O, verilişlər araspında yeganə fərqin aparıcı olduğunu bildirib.
İddiaya cavab verən Fox TV isə proqramın xarici kanallardan birində yayımlanan “Momsters” adlı verilişin formatından götürüldüyünü söyləyib.
Məhkəmə iki proqram arasında oxşarlığın olub-olmadığını müəyyən etmək üçün dosyeni ekspertə göndərib