Nazirlər Kabinetinin qərarına uyğun olaraq, bu gün ölkənin bütün orta ümumtəhsil müəssisələrində dərs günü olacaq.
Qadin.Net xəbər verir ki, Təhsil Nazirliyindən trend-ə verilən məlumata görə, Nazirlər Kabinetinin 2 dekabr 2019-cu il tarixli, 461 saylı qərarına əsasən, iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə 2019-cu ilin 28 və 29 dekabr istirahət günləri ilə 2020-ci ilin 3 və 6 yanvar iş günlərinin yerləri dəyişdirilib.
Bu qərara müvafiq olaraq, dekabrın 28,29 və 30-da bütün təhsil müəssisələrində dərs günü hesab edilir. Bütün məktəblərdə tədris yanvarın 7-də başlanılır