Səudiyyə Ərəbistanı höküməti çoxillik diskussiyalardan sonra erkən nikahları qadağan etmək qərarına gəlib.
Qadin.Net qafqazinfo-ya istinadən xəbər verir ki, yeni qanunvericilik nikaha girmək üçün minimal yaş həddi (18) müəyyən edib.
Qeyd edilir ki, əgər 18 yaşı tamam olmayan yeniyetmə rəsmi şəkildə nikaha girmək istəyirsə, bu məsələyə xüsusi məhkəmələr tərəfindən baxılacaq. Onlar erkən nikahın həmin şəxsə və gələcəyinə neqativ təsir edib-etməyəcəyini həll edəcəklər