Son açıqlamaları ilə tənqid hədəfi olan türkiyəli aktyor Can Yaman vətənini tərk etmişdi.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, geri qayıdan sənətçi İstanbuldakı hava limanında jurnalistlərlə qarşılaşıb.
Müxbirlərin suallarına isə “Dostlar heç bir cavab verməyəcəyəm” deyən Canın hərbi xidmətə yollanacağı tarix də məlum olub.
Belə ki, aktyor yanvarın 6-da əsgərliyə gedəcək.
Qeyd edək ki, aktyor “Erkenci kuş” serialı ilə daha da məşhurlaşıb.