Türkiyənin məşhur müğənnisi Murad Dalkılıç və aktrisa sevgilisi Hande Erçel yenidən bir arada yaşamaq qərarına gəliblər.
Qadin.Net qafqazinfo-ya istinadən xəbər verir ki, ayrılmamışdan əvvəl də eyni evi bölüşən cütlük barışıq sonrası məşhur "Çubuklu Vadi Konakları" bölgəsində kirayə evlərə baxıblar.
Hande və Murad ötən gün lüks villa bəyənərək ora köçmək istədiklərini bildiriblər. Sözügedən mülkün aylıq qiyməti 25 min TL-dir (7155 AZN).
Məşhur cütlük Engin Altan Düzyatan, Şahan Gökbakar, Arda Turan və Türkan Şorayla qonşu olacaqlar.