Türkmənistanda Lebap vərəm dispanserində müalicə alan və qeydiyyatda olanların dərmanların azlığı və ya baha olması səbəbindən köpək yağı və ətlə müalicə olunduğu iddia edilir.
Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, el arasında xalq təbabəti adlanan müalicə vasitələri Türkmənabad şəhərində Jeleznodorjna mikrorayonunda xəstəxananın yaxınlığında yerləşən evlərin sakinləri tərəfindən təmin edilir.
100 qram ərinmiş köpək yağı 900 manat, üç litrlik bankada it əti qiyməti isə 150 manata başa gəlir.