ABŞ-da yeni il qabağı yaşlı kişi bankdan oğurladığı pulları ''Yeni iliniz mübarək'' deyərək küçəyə səpələyib.
Qadin.Net Milli.Az -a istinadən xəbər verir ki, ABŞ-ın Colorado əyalətində David Vayne Oliver yaşlı adlı kişi bankdan külli miqdarda pul oğurlayıb. Və həmin pulları küçəyə çıxaraq havaya sovurub. Hadisə şahidlərindən Dion adlı şəxs gördüklərini danışarkən ''Bankı soyub, küçəyə çıxdı. Pulları havaya sovurmağa başladı. Üstəlik pulu səpələyərkən yeni il bayramınız mübarək deyə bağırırdı'' sözlərini deyib. Daha sonra məlum olub ki, maraqlı soyğunu törədən Davidin 65 yaşı var və polis tərəfindən saxlanılıb. (ölkə.az)