Uşaqları çox sevdiyini deyən məşhur "İnstagram" fenomeni Şeyma Subaşı maraqlı açıqlama verib.
Qadin.Net ölkə.az-a istinadən xəbər verir ki, model maqazin proqramlarının birində qonaq olub. O, keçmiş həyat yoldaşı, media maqnatı Acun Ilıcalı ilə daha çox uşağa sahib olmadığı üçün peşmanlığını dilə gətirib. Fenomen proqramda "Kaş ki, Acundan 3 uşağım olardı. İndi daha rahat yaşayardım" sözlərini deyib.
O, daha sonra 18 yaşından bəri olan söz-söhbətlərdən və Acunun məşuqəsi adını daşımasından təngə gəldiyini də dilə gətirib.
Xatırladaq ki, Şeyma Acun İlıcalı ilə uzun illər sevgi münasibətində olub, lakin keçmiş cütlük evləndikdən 15 ay sonra boşanıblar. Bu evlilikdən onların Melisa adlı bir qızları var