Qadin.NET / Castin Biber yenidən oxuyacaq!-VİDEO

Castin Biber yenidən oxuyacaq!-VİDEO

Castin Biber yenidən oxuyacaq!-VİDEO


Bir müddət əvvəl karyerasına fasilə verən kanadalı müğənni Castin Biber səhnəyə geri dönür.

Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, 25 yaşlı ifaçı bu barədə İnstaqram hesabında video və şəkillər paylaşaraq növbəti il üçün planda olan işləri ilə pərəstişkarlarını tanış edib.

Öz həyat yolundan bəhs edən sənədli filmi dekabrın 31-də təqdim edəcəyinin müjdəsini verən Castin, yeni albomunun da tezliklə işıq üzü görəcəyini vurğulayıb.

 

Konsert turuna da çıxacağını söyləyən müğənni yanvarın 3-də “Yummy” adlı mahnısını izləyicilərin ixtiyarına verəcək.

26 dekabr 2019
GO BACK