Sosial şəbəkə vasitəsi ilə məşhurlaşan türkiyəli müğənni Zeynep Bastık şampun firmalarından birinin siması seçilib.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, müğənni yeni işi səbəbi ilə çox həyəcanlı olduğunu bildirib:
“Qürur hissi keçirdiyim bir layihə ərsəyə gətiririk. Xəyallarımın bəzilərini gerçəkləşdirmə şansı əldə etmişəm. Qarşımda uzun yol var”.
Qeyd edək ki, Zeynep Bastık reklam çarxının qarşılığında 2 milyon lirə (təqribən 572 min manat) dəyərində məvacib alacaq