İlk beşlikdə yer alan yazıçıların 2019-cu ildə illik gəliri 235 milyon dollar təşkil edib.
Qadin.Net xəbər verir ki, yazıçı Coan Roulinq 2019-cu ildə yenidən ən çox qazanan yazıçı adını özünə qaytara bilib. C.Roulinqin 2019-cu ildə gəliri 92 milyon dollar təşkil edib. İkinci yerdə Ceyms Patterson qərarlaşıb. Onun gəliri 70 milyondur.
Üçüncü yerdə ABŞ-ın sabiq birinci ledisi Mişel Obama qərarlaşıb. Onun "Becoming. Mənim tarixim" əsəri 10 milyon tirajda satılıb. M.Obamanın gəlirləri 36 milyon dollar təşkil edib. Dördüncü yerdə Ceff Kinn isə 20 milyon dollar gəlir əldə edib. Beşinci yerdə isə Stiven Kinq qərarlaşıb. Onun gəlirləri 17 milyon dollar təşkil edib. (ölkə.az)