Tanınmış türkiyəli model, məşhur teleaparıcı və prodüsser Acun Ilıcalının keçmiş həyat yoldaşı Şeyma Subaşı tez-tez müxtəlif ölkələrdə istirahətə getməsi ilə gündəmə gəlir.
Qadin.Net publika.az-a istinadən xəbər verir ki, Şeyma Subaşı jurnalistlərə açıqlamasında xarici səfərlərə görə pul xərcləmədiyini deyib. O, xərclərinin böyük hissəsinin yeni sevgilisi dj Quido Seyna tərəfindən qarşılandığını bildirib:
“Quido mənim bir qəpik də xərcləməyimə imkan vermir. Acuna gəlincə, onunla müqaviləmiz var. O, yalnız qızımız Melissa ilə bağlı 3 səfərimin xərclərini ödəyir. Digər səfərlərimdə isə təşkilatçılar xərcləri öz üzərinə götürür”.
Qeyd edək ki, Şeyma Subaşı ilin böyük hissəsini xarici ölkələrdə istirahətə keçirir. O, səfərlərindən paylaşdığı fotolarla tez-tez gündəmə gəlir