Bu ilin noyabrında 3 illik həyat yoldaşı Tuğrul Odabaşından boşanan Türkiyənin məşhur müğənnisi Işın Karaca özünə yeni sevgili tapıb.
Qadin.Net qafqazinfo-ya istinadən xəbər verir ki, o, 1992-ci təvəllüdlü Can Yapıcıoğlu ilə eşq yaşamağa başlayıb. Işın "İkinci sayfa" proqramına telefonla bağlanaraq məlumatı təsdiq edib.
"Evliliyim qurtarıb. Bir caz gecəsinə qatıldım. Səhv etmirəmsə, dekabrın 6-sı idi. Canı gördüm, qarşılıqlı olaraq bir-birimizə fikirlərimizi dedik. Onunla aramdakı yaş fərqi şişirdilməsin. Çox gözəl hisslər yaşayıram, bu, bəsimdir", - 46 yaşlı Karaca bildirib.