Bu gün Türkiyənin məşhur aktyoru Burak Özçivitin doğum günüdür.
Qadin.Net bildirir ki, xanımı Fahriye Evcen sosial şəbəkə vasitəsi ilə aktyoru təbrik edib. Aktrisa onun profilini işarələyərək xoş sözlər yazıb.
"Ürəyim...Sevgini sevgimə qatıb hər zaman məni dəyərli hiss etdirdin. Mən də canımı canına qatıb, yeni yaşında sənə ən dəyərli hədiyyəni verdim. Səni çox sevirəm, yaxşı ki, bizimsən, hərşeyim"
Burak isə xanımının postuna cavab olaraq "Sizləri çox sevirəm" sözlərini yazıb.
Qeyd edək ki, Burak Özçivit 1984-cü ildə İstanbulda dünyaya gəlib