11 Sentyabr terroru və “Breksit”lə bağlı öncəgörmələri təsdiqini tapan bolqar kahin Vanqanın 2020-ci illə bağlı proqnozları xoşagələn deyil.
Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, “Balkanların Nostradamusu” adlandırılan Vanqa 1996-cı ildə 85 yaşında ölümündən əvvəl 2020-ci il üçün də bir sıra proqnozlar verib.
Bolqar kahinin 2020-ci ilə yönəlik proqnozları arasında Rusiya dövlət başçısı Vladimir Putin və ABŞ Prezidenti Donald Trampın taleyi də yer alıb.
Vanqanın iddiasına görə, Rusiya lideri Kreml daxilində həyata keçiriləcək sui-qəsd nəticəsində həyatını itirə bilər. İmpiçment təhlükəsi qarşısında qalan Donald Trampı isə beynin xərçəngi gözləyir.
Vanqa keçən il üçün verdiyi proqnozlarla da Putin və Trampın həyati təhlükə qarşısında qalacağını, amma ölümdən yaxa qurtaracaqlarını demişdi.
Bolqar kahinin tez-tez dilinə gətirdiyi iddialardan biri də Asiya qitəsinin yox olacağı ilə bağlı idi. Kahinin iddiasına görə, nəhəng bir dalğa sahilə çırpılacaq və insanlar su altında qalacaq. Bəziləri bunun 2004-cü ildə Cənub-şərqi Asiyada 230 min insanın ölümü ilə yadda qalan sunami olduğuna inanır.
Vanqanın ehtimalına görə, 2046-cı ildə insan orqanları klonlanacaq və bununla bir sıra xəstəlikləri müalicə etmək mümkün olacaq.
O, 2076-ci ilə qədər kommunizmin Avopada hökmranlıq edəcəyini də demişdi.
Vanqanın digər bir proqnozu isə 2130-cu ilədək su altında yaşayışın mümkün olacağı ilə bağldıır.
İddiaya görə, kor kahin bir neçə dəfə müsəlmanların Avropanı ələ keçirəcəyini iddia etmişdi. Radikalların qitəni xarabaya çevirəcəyini dilə gətirmişdi. Onun müsəlman savaşının Suriyadan başlayacağı proqnozu öz təsdiqini tapıb.
Vanqaya görə, 3797-ci ilədək dünyada həyat başa çatacaq. Lakin insanlar yeni bir qalaktikaya köçəcək qədər inkişaf etmiş texnologiyaya sahib olacaq