“Eşkiya dünyaya hükümdar olmaz” serialı tamaşaçılara sürpriz açıqlama edib.
Qadin.Net axşam.az-a istinadən xəbər verir ki, serialdan ötən mövsümdə qalmaqallı şəkildə ayrılan aktrisa Deniz Çakır yenidən ekran əsərinə qayıdır.
“Eşkiya dünyaya hükümdar olmaz”ın yayımlanan son treylerində də “Çakır”ın “Bir daha Məryəmi incitməyəcəyəm” sözləri yayılan məlumatı təsdiqləyib.
Ekran əsərindən ayrılan Sanem Çelikin də yenidən seriala qayıtması ilə bağlı təklif gəldiyi və aktrisanın bu müraciətə isti baxdığı deyilir.
Qeyd edək ki, Dəniz Çakırın rol aldığı “Eşkiya dünyaya hükümdar olmaz” serialından qovulmasına səbəb şəxsi həyatı ilə gündəmə gəlməsi olmuşdu.