Qadin.NET / Hər kəs bu cütlükdən danışır-FOTO

Hər kəs bu cütlükdən danışır-FOTO

Hər kəs bu cütlükdən danışır-FOTO


Monotonluqdan və həyatın qarmaşasından sıxılan cütlük gəzinti avtobusu ilə xəyallarını gerçəkləşdiriblər.

Qadin.Net xəbər verir ki, İzabella və Antonio adlı cütlük iş rejimi və şəhər həyatından yorulduqları üçün macəra axtarışına çıxıblar. Cütlük evlərini sataraq, pullarını yığıb dünya səyahətinə çıxmağa qərar veriblər. Xoşbəxt həyatın xəyalını quran evlilər səyahət üçün nəzərdə tutulmuş balaca avtobus alıblar.

Belə ki, tərəflərin hər ikisi də mühəndis olduğu üçün səyahət edəcəkləri avtobusu uzun müddət yaşaya biləcəkləri ev formasında dizayn ediblər. Onların dediyinə görə, avtobusu ev halına gətirmək üçün 41 gün vaxt sərf etməli olublar. Avtobusda soyuducu, ayaqyolu, qaz pilitəsi və çarbayı olduğuna görə cütlük uzun müddət səyahət edərək yaşamağı düşündüklərini deyiblər. (ölkə.az)

23 dekabr 2019
GO BACK