Qadin.NET / Şahzadə Harri şəhid ailələrini təbrik etdi

Şahzadə Harri şəhid ailələrini təbrik etdi

Şahzadə Harri şəhid ailələrini təbrik etdi


Britaniya şahzadəsi Harri, Santa Klaus paltarında ölən hərbçilərin uşaqlarını Milad bayramı münasibətilə təbrik edib.

Qadin.Net publika.az-a istinadən xəbər verir ki, videoçarx "Scotty’s Little Soldiers Charity"nin təşkil etdiyi gecədə nümayiş etdirilib. Tədbirdə 190 uşaq iştirak edib.

Şahzadə valideynlərini itirmiş uşaqları güclü olmağa səsləyib:

"Sizi inanılmaz gələcək gözləyir. Siz və valideynləriniz heç zaman unudulmayacaq. Bayramınız mübarək".

22 dekabr 2019
GO BACK