Argentinanın futbol yığmasının keçmiş hücumçusu və sabiq baş məşqçisi Dieqo Maradona yadplanetlilərin onu oğurladığını iddia edib.
Keçmiş futbolçunun sözlərinə görə, o, əyləncə gecələrindən birindən sonra 3 gün evə qayıtmayıb. Evə qayıtdıqda isə bildirib ki, yadplanetlilər tərəfindən oğurlanıb.
"Mən belə də bildirdim - onlar məni oğurladılar, mən bu barədə danışa bilmirəm", - deyə Maradona əlavə edib.
1997-ci ildə təqaüdə çıxdığını qeyd edən sabiq futbolçu müsahibəsində ünsiyyətdə olduğu keçmiş dövlət başçıları, o cümlədən Fidel Kastro, Uqo Çaves, Nestor Kirşner, Alberto Fernandes və Kristina Kirşner barədə danışıb. Maradona habelə şəxsi həyatı haqqında da bəzi xatirələrini bölüşüb