Qadin.NET / Adriana Lima İlk dəfə Həqiqi Sevgisini açıqladı-FOTO

Adriana Lima İlk dəfə Həqiqi Sevgisini açıqladı-FOTO

Adriana Lima İlk dəfə Həqiqi Sevgisini açıqladı-FOTO


38 yaşlı braziliyalı, dünya şöhrətli super model Adriana Lima keçmiş sevgililərini şəxsi “İnstagram” hesabındakı paylaşımı ilə yada salıb.  

Qadin.Net xəbər verir ki, türk iş adamı Emir Uyar və ondan əvvəl Metin Hara ilə eşq yaşayan Lima sosial media səhifəsində həqiqi sevginin nə olduğunu açıqlayıb.  

“Mən yalnız gerçək sevgiyə inanıram”, - deyən Adriana Lima hava limanında qızları Valentina və Sienna ilə “İnandığım yeganə həqiqi sevgi. Qalanı tarixdir” başlığı altında foto yayımlayıb

Sözügedən paylaşıma sosial şəbəkə əhlindən çox sayda şərhlər gəlib.  

Onlar bəyəndiklərini, eyni zamanda cazibədar model ilə eyni fikirdə olduqlanı yazıblar.  

Qeyd edək ki, bu ayın əvvəli 38 yaşlı super model Adriana Lima modellik fəaliyyətinə iki ildən sonra, yəni 2021-ci ildə son qoyacağı haqda məlumat verib.  

Lima “Victoria’s Secret” brendi ilə keçən il rəsmi şəkildə yollarını ayırıb

Adriana Lima İlk dəfə Həqiqi Sevgisini açıqladı-FOTO


22 dekabr 2019
GO BACK