Qadin.NET / Sinəsini böyütmək istədi beyni iflic oldu-FOTO/VİDEO

Sinəsini böyütmək istədi beyni iflic oldu-FOTO/VİDEO

Sinəsini böyütmək istədi beyni iflic oldu-FOTO/VİDEO


Koloradodan (ABŞ) olan 18 yaşlı Emmalin Nquen sinəsini böyütmək üçün həkim Ceffri Kimin çalışdığı klinikaya müraciət edib.

 Qadin.Net oxu.az-a istinadən bildirir ki, əməliyyat zamanı qızın ürəyi dayanıb. Xəstəxananın əməkdaşları mütəxəssis çağırmaq əvəzinə, vəziyyətdən çıxış yolunu özləri tapmağa çalışıblar, nəticədə vaxt itiriblər. Qız əməliyyat başlayandan yalnız 5,5 saat sonra xəstəxanaya çatdırılıb, lakin  artıq bu müddət ərzində onun beyni ciddi zədə almışdı.

Xəstə 22 gündən sonra reabilitasiya mərkəzinə yerləşdirilib. Lakin Emmalin nə yeriyə, nə danışa, nə də müstəqil surətdə qidalana bilir.

Qızın ailəsi həkimləri məhkəməyə verməyə hazırlaşır. Nquenlərin vəkili qızın sağalmaq şansının az olduğunu bildirir.

 

22 dekabr 2019
GO BACK