Bir sunami dalğası ilə üz-üzəyik. Din adamlarla bağlı cinsi istismar iddialarının çoxu ABŞ, Argentina, Çili, İtaliya və Polşadan gəlir.
Qadin.Net teleqraf-a istinadən xəbər verir ki, bu sözləri Vatikanın İnanc Komitəsinin rəsmisi Monsenyor Con Jozef Kennedi deyib.
O bildirib ki, son bir ildə mindən çox şikayət alıblar və şikayətlərin arasında indiyə qədər bu mövzuda gündəmə gəlməyən ölkələr də var.
Kennedi deyib ki, 10 il əvvəllə müqayisədə şikayətlər 4 dəfə artıb: “Onları araşdırmaq üçün həftənin 7 gününü işləmək lazım gəlir”.
Xatırladaq ki, katolik dünyasının lideri və Vatikan dövlət başçısı Papa Fransisk dekabrın 17-də verdiyi qərarla kilsələrdə uşaqlara yönəlik cinsi istismar məsələlərinə məxfilik gətirən “Papalıq sirri”ni aradan qaldırıb