Bu sözdə hər nə qədər hikmət olduğu bilinməsə də, hər bir halda “od olmayan yerdən tüstü çıxmaz”. Atalarımız boş yerə məsələ deməzlər. Odur ki, işinizi bəri başdan ehtiyatlı tutun və utancaqlıq hissini öldürün.
Utancaq birisiniz? Çoxlu insanlar arasında sizə yönəlmiş baxışlardan sıxılırsınız, ürəyiniz tez-tez döyünür, nəfəsiniz daralır və yanaqlarınız tez bir zamanda qızarırsa, psixoloq məsləhətlərinə əməl edin.
Araşdırmalar nəticəsində qadınların daha çox utancaq olduqları ortaya çıxıb. Əgər tanımadığınız insanla eyni mühitdə olarkən utanırsınızsa, bu, ciddi problem deyil, əksinə siz normal birisiniz.
Yanaqlarınızmı qızarır?
Əgər yeni bir iş mühitində özünüzü təqdim etmək üçün ayağa qalxarkən, yanaqlarınız qızarırsa, səsiniz titrəyirsə, çoxlu insanlar qarşısında danışmaqdan hər zaman qaçırsınızsa, deməli, utancaq birisiniz. Ancaq hamı söhbətcil, məsələlərə utanmadan müdaxilə edə bilən biri olmaq məcburiyyətində deyil. Bunu unutmayın.
Özünüzə nəzarət edin
Utancaqlığınıza görə bəzi uğurlu fürsətləri qaçırdığınızı düşünürsünüzsə, artıq davranışlarınıza nəzarət etməyin vaxtı çatıb. Milli.Az ailem.az-a istinadən xəbər verir ki, “Daimi xoşbəxtlik” layihəsinin rəhbəri olan ABŞ psixoloqu Artest Battlerutancaqlığın həll edilməyəcək bir problem olmadığını bildirib.
Utancaqlığın səbəbini araşdırmaq lazımdır
Psixoloq Artest Battlerin məsləhətlərinə uyğun olaraq utancaqlığın yox edilməsinin sirlərini sizə təqdim edir.
Bəzi lazımsız düşüncələrdən xilas olun
Utancaqlıqla birgə yaşamaq çox çətindir. İnsanlar arasında axmaq vəziyyətə düşmək, rədd edilmək kimi qorxular sizi passivləşdirməsin. Utancaq qadın hər zaman pis düşüncələrlə özü özünü pis vəziyyətlərə salır. Bunun üçün bəzi yalnış düşüncələrdən uzaq durmalısınız.
Probleminiz haqda bol-bol danışın
Dostunuzla, həyat yoldaşınızla utancaq olduğunuz haqda çoxlu danışın. Ancaq bunun böyük problem olmadığını unutmayın. Əgər yeni mühit sizi utandırırsa, qorxmayın. Yeni insanlarla tanışlığa, yoldaşınızla qonaqlıqlara getməyə cəhd edin. Əgər ürəkdən istəsəniz, utancaqlığınızı yox edə biləcəksiniz.
Dostlarınızdan kömək istəyin
Əgər insanlarla danışmaqdan utanırsınızsa, daha sosial və söhbətcil olan bir dostunuzdan bu haqda kömək istəyin. Dostunuzdan sizi yeni insanlara tanış etməsini, sizi tanış edərkən sizin ifadə edə bilmədiyiniz müsbət özəlliklərinizi deməsini istəyin.
Hamıdan nəyə görə fərqli olduğunuzu ortaya çıxarın
Utancaq qadın qarşı cinsin nümayəndəsinin diqqətini çəkməsi üçün ilk öncə fərqli olmalıdır. Çoxlu insanlar arasında fərqliliyinizi göstərə biləcək özəlliyinizi ortaya çıxarın. Fərqli olduğunuzu hiss etdiyinizdə artıq utanmayacaqsınız. Əgər “bu çətindir” deyə düşünürsüzsə, xatırlamalısınız ki, siz artıq utancaqlığa qalib gəlmək istəyirsiniz.
Düzgün addımlar atın
Əgər yeni tanıdığınız biriylə danışarkən utandığınızı hiss edirsinizsə, dərhal qarşınızdakı insana bir sual verin. Ancaq sualın axmaq sual olmamasına çalışın. Heç danışmadan üzünə baxmaqdansa, sual verməyiniz onun söhbət etməsinə şərait yaradacaq və beləliklə, hər şey öz yoluna düşəcək. O, sözünü bitirdikdə siz də ona verdiyiniz sualı cavablandıraraq söhbəti uzada bilərsiz. Bu, imkansız deyil.
Mənbə: Milli.Az
XƏBƏR LENTİ
O qədər dar geyindi ki, ürəyi getdi - FOTO
HAVA necə olacaq?-23 Avqust
Valideynlərə müjdə!
Aslı Enverlə Murad Boz ayrılıb
"Həyat" adlı oyun
Məşhur cütlükdən etiraf
Bu günün hava proqnozu
BÜRCLƏR bizə nə vəd edir?- 2 fevral
"ABŞ ATƏT-in Minsk qrupu çərçivəsində Rusiya ilə əməkdaşlığı davam etdirəcək"
İsmayıllıda şəhid Xəyyam Daşdəmirov torpağa tapşırıldı - VİDEO
Son dəbə uyğun eynəklər
Nazirlik pensiyaların veriləcəyi tarixi açıqladı
Beren Saatın bu addımı təəccübləndirdi-FOTO
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Brend çanta modelləri
Ev dekorasiyasında aksesuar seçimi
Şirələr və kompotlar
Hülya Avşar AÇIQLAMA verdi
11 iyun Ramazan ayının 5-ci günüdür
Caponata (foto resept)
Dünyanın ən zənginləri 127,4 mlrd. dollar itirdi
Ramin Bayramlıdan karantin rejiminin uzadılması ilə bağlı AÇIQLAMA
Bakıda möhtəşəm Zəfər paradı başladı - CANLI YAYIM
Müəllim və həkimlərə dövlət qulluqçusu statusunun verilməsini nəzərdə tutan layihəyə rəy verilib
Məşhurlar və anaları
Uhan xəstəxanalarında koronaviruslu şəxs qalmadı
İçimizi yeyən səhər yeməyi
Fikrət Qoca infarkt keçirdi
Qadına uşaqlıq köçürüldü
Corc Sorosdan böhran xəbərdarlığı
256 yaşlı kişi ölməzdən əvvəl sirri açıqladı
Şəhid əsgərimiz təltif edildi
Murad Boz TOYUNDAN DANIŞDI
Günün ulduz falı
Çuğundurun faydaları
Düzgün duruş üçün nə etməliyik?
Ancelina Coli ərə gedir
50 Cent 21 otaqlı mənzilini ucuz satdı
Uşaqlar üçün saç modelləri
Güləşçimiz beynəlxalq turnirin çempionu olub
HAVA necə olacaq?-26 İyul
Azərbaycan alimləri zəfəranın süni yolla çoxaldılmasının yeni metodunu əldə ediblər
"Ali məktəb məzunlarının 42 faizi iş tapa bilir"
Bilmədiyiniz maraqlı faktlar
Azərbaycanda 40-dan çox orta təhsil müəssisəsi ləğv olundu - SİYAHI
Onun bir xəyalı cahana dəyər
Bədənə qulluq və vannalar
Benzin ucuzlaşa bilər
Pakistan mediası Xocalı faciəsindən yazdı
Meteohəssas insanlara XƏBƏRDARLIQ
- ŞƏRHLƏR