Onu dünyanın ən gənc multimilyonçu iş adamı saymaq olar. Çünki 14 yaşında biznesini qurmuş qızın indi şirkətlər qrupu var və o, ildə 250 milyon dollar xalis gəlir əldə edir.Milli.Az Daily Mail-ə istinadən bildirir ki, amerikalı Bella Uims zərgərlik məmulatları satan şirkət və onlayn-dükan quranda onun 14 yaşı vardı."Origami Owl" şirkətinin məhsullarını Bella özü hazırlayırdı.Az sonra onlayn-dükanda satışlar fantastik sürətlə artmağa başladı və şirkət də böyüdü. Bella artıq məhsulları özü hazırlamırdı. O, 5 dizayner və 13 zərgəri işə götürdü, istehsalı artırdı.Bellanın indi 17 yaşı var. Onun "Origami Owl" şirkətlər qrupunun illik xalis gəliri isə artıq 250 milyon dollara çatıb.ABŞ-ın Arizona ştatındakı Çandler şəhərində yaşayan Bellanın dediyinə görə, 14 yaşı olanda, 2010-cu ildə şirkətini quranda əsla düşünməzdi ki, nə zamansa multimilyonçu olacaq."İndi Birləşmiş Ştatların ən varlı iş adamlarından biri sayılıram. Fəqət, məni varlı həyat, dəbdəbə, zənginlik əsla maraqlandırmır. Əsas məsələ ideya, biznes, işimdir. Qazandığım pulları yaşıdlarımın tam əksəriyyəti kimi mənasız əşyalara, dəbdəbəyə, əyləncəyə xərcləmirəm. Qətiyyən! Bu, qeyri-ciddilik, uşaqlıq olardı. Məqsədim yaxın iki il ərzində şirkətlərimin illik dövriyyəsini ən azı 2 milyard dollara çatdırmaqdır. 18 yaşıma çatanda milyarder olmaq istəyirəm. Yəni 1 il sonra varidatım 1 milyard dollar olmalıdır. O, pulları qazanacağıma əsla şübhə etmirəm. Çünki məni ailəm dəstəkləyir. Həm oxuyur, həm işləyirəm və bu gərgin rejimdə ailəmin dəstəyi olmasaydı, nə edəcəyimi bilməzdim", - Bella Uims deyib.Bellanın sözlərinə görə, şirkət qurmaq ideyası səbəbsiz olmayıb.14 yaşı tamam olanda, valideynləri ona ad günü ziyafəti təşkil edəndə Belladan "İki il sonra, 16 yaşın tamam olanda hansı hədiyyəni almaq istərdin?" soruşublar. Bella da "Avtomobil!" deyəndə atası söyləyib: "Bella, avtomobil almağa pulumuz yoxdur. Böyük, ağıllı və məntiqli ol, işlə, pul qazan və avtomobili al".Bu sözlər Bellaya elə təsir edib ki, o, pul qazanmağın yollarını fikirləşməyə başlayıb."Beləcə, zərgərlik əşyaları hazırlayaraq satmaq qərarına gəldim. Atam mənə ilkin kapital kimi 350 dollar borc verdi. İki üzük və 5 sırğa dəsti hazırladım. İlk alıcılarım da qohumlarımla rəfiqələrim oldu. Daha sonra medalyonlar hazırladım. Onları ziyafətlər təşkil edən şirkətlərə, butiklərə, zərgərlik şirkətlərinə yolladım. İşlər alındı və "Origami Owl" şirkətini qurdum", - Bella söyləyib.2011-ci ildə Bellanın şirkəti internetdə onlayn satışlardan 280 min dollar qazanmışdı.2012-ci ildə isə satışların həcmi 86 dəfə artmışdı.İndi Bella Uimsin müştəriləri arasında 25 mindən artıq dizayner var.Bella arzsunu da çin edib.O, 2012-ci ildə, 16 yaşı tamam olana Jeep aldı və maşının adını da "Alisa" qoydu.
XƏBƏR LENTİ
Köməksiz qalmış pişiyi xilas etdilər-Salyanda-FOTO
Günün qoroskopu:Uğurlu gündür!
Günün qoroskopu: gözləntiləriniz özünü doğrultmayacaq
Reyhanlı yay salatı (foto resept)
Ən praktik icadlar
Arı yeyən quşlar
İndi də dünyanın sonunu 2014-ə təyin ediblər
Seda Sayan cavanlaşmaq üçün məhkəməyə müraciət etdi
19 ədədi möcüzəlidirmi?
HAVA necə olacaq?- 2 APREL
Samsung "ikinci nəsil" saatlar satacaq
Uşaqları oğurladığı iddia olunan qadınla bağlı Rəsmi Açıqlama
Kremli əncir şirniyyatı (foto-resept)
Bakıda erməni dili kursunun təşkilinə başlanılır
Dəbli çəkmələr
Qarabağda “Qarabağ şikəstəsi” ifa edən əsgərimiz - VİDEO
Abdullah Gül Prezident İlham Əliyevi təbrik edib
Bu günün hava proqnozu
Evdə dekorativ şam ağacının hazırlanması (2)
Günün ulduz falı
Velosiped təkərlərindən hazırlanan dekorasiya
Ürək pirojnası (foto resept)
Gün var əsrə bərabər: Ötənləri yada salaq
13 yaşlı bloger aya 1000 dollar qazanır-FOTO
Davamlı kitab alırsınızsa...
Xanımlarımıza yad güllər
Onlar bu evlərdə yaşayırlar
Koronavirusla bağlı SON STATİSTİKA
HAVA necə olacaq?-6 Noyabr
Atəşkəs yenidən pozuldu
Badımcan bükməsi (foto resept)
Ayıcıq və düyməli çiçək qurabiyə(foto-resept)
1587 zəvvar Məkkədən qovulacaq
Dırnaqları tez uzadan maska
Çiyələkli keks (foto resept)
Dünyanın ən vahiməli dəlikləri
Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun yeni strukturu
Cazibədar görünməyin yolları
Ajda Pekkan 3 milyonluq reklamda
Daha bir idmançımız qələbə qazandı
Buğda salatı (foto resept)
Kral ailəsində bir ŞOK daha-FOTO
Nəsirəddin Tusinin məntiq əsəri ilk dəfə olaraq fars dilindən Azərbaycan dilinə tərcümə olunur
Hündürdaban ayaqqabılar
Hadise jurnalistə qəzəbləndi-SƏBƏB
Bu, son 500 ildə 3 dəfə olub
Ağardıcı maskalar
5-dən çox uşağı olan ailələrə hər bir uşağa görə müavinətlər veriləcək
"International Crisis Group": "Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq ictimaiyyətin fəal iştirakı vacibdir"
Zövqlü ayaqqabı modelləri
- ŞƏRHLƏR