"Oktyabr ayının ilk günlərində hava şəraiti nisbətən mülayim olacaq".
Qadin.Net trend-ə istinadən xəbər verir ki, bunu bu gün keçirilən mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva deyib.
Onun sözlərinə görə, temperatur göstəriciləri adətən 23-27 dərəcədən yüksək olmur: "Bu, insanlar üçün ən komfort temperatur göstəriciləri hesab oluna bilər. Eyni zamanda günəşli günlərin sayı kifayət qədər çoxdur, lakin günəşin istisi bizə yay fəslində olduğu kimi o qədər də mənfi təsir göstərmir. Sentyabrın sonuncu həftəsində ölkə ərazisində nisbətən mülayim şəraiti davam edəcək. Havanın temperaturu kiçik müsbət fərqlə iqlim normasından yüksək olacaq. Bu fərq 0,5-0,7 dərəcə təşkil edir. Lakin hava bir qədər küləkli olacaq. Keçən şənbə günündə olduğu qədər olmasa da sentyabrın 26-dan 27-ə keçən gecə Bakıda və Abşeron yarımadasında küləkli hava şəraiti müşahidə olunacaq. Küləyin maksimal sürəti saniyədə 15 -20 metrə çata bilər.
Növbəti küləkli dövr sentyabrın 28-dən 29-a keçən gecə olacaq. Külək güclənsə də şiddətli olmayacaq".
U.Tağıyeva bildirib ki, oktyabr ayının ilk günlərində hava şəraiti nisbətən mülayim olacaq: "Havanın temperaturunun iqlim normasından 0,5-1 dərəcə yüksək olacağı proqnozlaşdırılır. Yağıntılar bəzi şimal və şərq regionlarından normadan bir qədər artıq olacaq.
Keçid dövrünə xas olan proseslər artıq noyabr ayının ikinci yarısında müşahidə olunacaq. Bu ayda arktik hava kütlələrinin ölkə ərazisinə müdaxiləsi digər payız ayları ilə müqayisədə daha tez-tez müşahidə olunur.
Fəsli proqnozlar Ümumdünya Meteorologiya Təşkilatının 5 iqlim mərkəzlərində hazırlanıb və üzv ölkələr üçün yayımlanır. Həmin mənbələrə istinadən deyə bilərik ki, payızda bizim regionda havanın temperaturu norma daxilində olacaq, kəskin soyuqlar gözlənilmir. Yağıntılar norma daxilində, bəzi ərazilərdə normadan çox olacaq. Etibarlı məlumatlar 3 günlük və ya həftəlik olur. Bu, dünya təcrübəsində belədir. Fəsli proqnozların doğruluğu 60-70 faizdən çox deyil. İndi qış fəslində havanın neçə olacağı, qar yağıb-yağmayacağı barədə demək tezdir"
XƏBƏR LENTİ
Yuxuya rahat getməyinizə kömək edəcək 4 ərzaq
Sulutəpə susuz qaldı
Eyvandan atılmış alma üç aylıq körpəni komaya saldı
Sabah hava necə olacaq?
Bu şəhərdə ölmək qadağandır - FOTO
Məşhur cütlük haqqında daha bir fakt məlum oldu-FOTO
"Kara Sevda" serialının aktrisası geyimi ilə TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Yaşamağa yardım edən həyat devizim (Son)
Məşhur aktyor səhrada köməksiz vəziyyətdə qaldı - VİDEO
DİQQƏT! Bu telefonlarda WhatsApp İŞLƏMƏYƏCƏK
Gözəl üzüklər
"Facebook"da böyük dəyişiklik olacaq
Məşhur aparıcı hər kəsi TƏƏCCÜBLƏNDİRDİ-FOTO
Pensiyalar haqqında yeni QANUN
İlham Əliyevin təşəbbüsü ilə BMT Baş Assambleyasının Xüsusi Sessiyası keçiriləcək - YENİLƏNİB
Afrika dünyaya ölümcül virus yayır
3 milyon müsəlman "hacı" oldu
Uşaqları onlardan qoruyun
İki gün gilavar əsəcək
Bakıda tıxaca səbəb olan piyada keçidləri
Hava haqqında
130 milyardlıq qızıl olan gəmi tapıldı-FOTO
Mülayim payız havası və duman olacaq
5 stildə saç yığımı
DİQQƏT: Süni uşaq qidası yalnız həkim reseptləri əsasında verilməlidir
Qadın.Netlilərin həyata keçən və keçməyən arzuları
Şaftalılı mafınlər (foto resept)
"Kuskus" salatı (foto-resept)
YARAT! "Love Me, Love Me Not" sərgisini təşkil edir
"Facebook"da kim nəyi "bəyən"ir?
Tovuzda qeyri-adi uşaq
Keyt Moss və qızı diqqət çəkdi-FOTO
Bakıda Qafqazın ən böyük məscidi tikilir
Uşaq sakit oturursa…
Oriqami ilə gül düzəldilməsi
Dəfn mərasimləri üçün pul veriləcək
Prezidentin köməkçisindən manat açıqlaması
Bakıda daşınmaz əmlak bazarında QİYMƏTLƏR artıb
Özünü zombiyə çevirdi
Azərbaycan peşə məktəblərində ilk dəfə
Pakistanın baş naziri ABŞ-ı pilotsuz təyyarələrin iştirakı ilə hücumu dayandırmağa çağırıb
"Eurovision"un qalibi özünü yandıracaq
Gəlinlik modelləri
Hülya Avşarın qızı estetik əməliyyat olundu?
Putin sülhməramlıları Qarabağda məişət zəminində münaqişələrə imkan verməməyə çağırdı - VİDEO
General Motors-un başı bəlada
Ailə anlayışının tarixi və funksiyaları
Azərbaycanda bu məktəblər ləğv edilir - RƏSMİ
Şüuraltı çalışması
Facebook-dan xəbər saytlarına "qara xəbər" - FOTO














