Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva ölkəmizdə rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində BMT-nin xüsusi mükafatına layiq görülüb.
Mükafatı BMT Baş katibinin iqtisadi və sosial məsələlər üzrə müavini Liu Cenmin təqdim edib.
Qeyd edək ki, bu gün Bakıda, Heydər Əliyev Mərkəzində Birləşmiş Millətlər Təşkilatı və Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə BMT-nin Dövlət Xidmətləri Forumu işə başlayıb.
Forum 2003-cü ildən etibarən 23 iyun – BMT-nin Dövlət Xidmətləri Günü ərəfəsində hər il təşkil olunur. Forumun keçirilməsində məqsəd dövlət idarəçiliyi, dövlət xidmətlərinin göstərilməsinin qabaqcıl modelləri, innovasiyalar və bu sahədə aktual məsələlər üzrə müzakirələrin aparılması, habelə dövlətlərin bu istiqamətlərdə qabaqcıl təcrübələrinin mübadiləsidir. Həmçinin Forum çərçivəsində dövlət xidmətləri sahəsində dünya üzrə ən qabaqcıl və innovativ modellər mükafatlandırılacaq.
Dünyanın 190-dan çox ölkəsindən 500-dən artıq nümayəndənin iştirak etdiyi builki Foruma müxtəlif ölkələrin dövlət idarəçiliyi və dövlət xidmətləri üzrə nazirləri, yerli idarəetmə orqanlarının, akademik dairələrin və özəl sektorun rəhbər şəxsləri qatılıblar.
Dövlət xidmətlərinin göstərilməsi sahəsində ölkəmizdə təşkil olunan ilk BMT tədbiri olan bu Forum çərçivəsində plenar sessiyalar, 9 fərqli aktual mövzu üzrə seminar və 4 paralel tədbir təşkil ediləcək. Eyni zamanda, 5 fərqli kateqoriya üzrə BMT Dövlət Xidmətləri Mükafatının builki qaliblərinin təltif olunması, Dövlət Agentliyi ilə xarici ölkələrin bir sıra qurumları arasında əməkdaşlığa dair müqavilələrin imzalanması planlaşdırılır.

XƏBƏR LENTİ
Wi-Fi pulsuz olacaq
Azərbaycanda daha bir nəfər koronavirusdan öldü: 163 yeni yoluxma
İlham Əliyev: "Faizlərin aşağı salınmasını dəstəkləyirəm"
Autizmli uşaqları cəmiyyətə necə qaytarmalı?
İşğal rejiminin qorxusu
46 santimetrlik siçan tapılıb - FOTO
Valideyn olmağa psixoloji olaraq hazırsınız?
Tatlısəsin qızları bir araya gəldi - FOTO
Hava haqqında
Di Kaprio məhkəmədə - Şok ittiham
Psixoloji xəstəliklə mübarizə aparmış məşhurlar
Mənim dünyam
Günün qoroskopu:Maraqlı xəbərlər eşidəcəksiniz
Azərbaycanda tədris iliylə bağlı yeni qərar!
Kliniki ölüm keçirdi həyat tərzini dəyişdi
Ətirlər haqqında bilmədiklərimiz
800 manat qazanmaq istəyirsiniz?
Qırışlar üçün cirə maskası
Ulduzların qazancı dodaq uçuqladır-FOTO
Sandra Bullock kimi yaşlanmağa qalib gəlin (2)
Mehriban Əliyeva Bəhram Bağırzadəni qəbul edib
Dünyaca məşhur aktyor VARİSİNİ açıqladı-FOTO
Azərbaycanda həqiqi hərbi xidmətə çağırış yaşının artırılması məsələsi reallaşır
Bengü evlilik təklifi aldı-FOTO
Ən yaxşılar - FOTO
Məşhur modeldən hamiləliklə bağlı suala reaksiya
Bir az da əylənək
Azərbaycanda 26 bank bağlana bilər
Azərbaycanda müəllimlərin işə götürülməsi üzrə elektron ərizələrin qəbulu başlanır
Silvester Stalonenin Görünüşü fanatlarını Qorxutdu - FOTO
Güclü qasırğa ABŞ-ın cənubuna doğru irəliləyir
Məşhur repçi şəhər tikir-FOTO
40 saniyədə körpənizi yatızdırın
Qadın idmançımız Avropa çempionatının finalında
Bu şəxslərin əməkhaqqı artırıldı
Bakıda Novruz festivalı
Günün qoroskopu:Hisslərinizə əsir düşməyin
Hande və Murat EVLƏNİR-FOTO
Google axtarışı təkmilləşdirdi
Azərbaycan dili - VI dərs
Bananla kəpəkdən xilas olun
İdeal valideyn olduğunuzu göstərən işarələr
Sabun seçərkən diqqətli olun!
Qat-qat xəmirli pirojna (foto resept)
Doğulduğunuz aya görə xarakter analizi
Yas mərasimləri bu qaydalarla keçirilməlidir
Avtomobillərlə bağlı yeni qərar
Super ərzaq
Aleyna Tilki reklam üçün 1,5 milyon aldı-VİDEO
"Dostun sənə vurduqda sən də onu vur, yoxsa..."
